23 Oktyabr 2017 11:20
671
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp Yaponiyada seçkilərdə qalib gələn baş nazir Sindzo Abeni təbrik edib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, 30 dəqiqə davam edən telefon danışığı zamanı Abe Trampı qolf oynamağa dəvət edib.

Tramp öz növbəsində noyabrın 5-7-də Yaponiyaya səfər edəcəyini bildirib və qolf təklifini qəbul edib.

Liderlər Tokioda ikitərəfli görüş keçirəcək və Şimali Koreyanın nüvə potensialını müzakirə edəcək.


Müəllif: Samir