20 Noyabr 2017 09:12
1 924
12 Punto 14 Punto 16 Punto 18 Punto

İki qətldə ittiham edərək, barəsində həbs qərarı çıxarılan azərbaycanlı iş adamı Telman İsmayılov Rusiyanın “RBK” agentliyinə açıqlama verib.

Teleqraf.com-un məlumatına görə, İsmayılov ona qarşı irəli sürülən ittihamla razılaşmayıb:

“İndi mənim nəvələrimə deyirlər ki, sizin babanız cinayətkardır. Bu, kimin xoşuna gələr? Mənim bu qətllərdə əlim yoxdu. Bunu sübut edə bilərəm”.

Qeyd edək ki, Telman İsmayılov barəsində beynəlxalq axtarış elan olunub. İsmayılovun iki qardaşı isə həbs edilib.


Müəllif: Samir