24 Noyabr 2017 11:47
931
12 Punto 14 Punto 16 Punto 18 Punto

İŞİD terror təşkilatına qarşı mübarizə bəhanəsilə Suriyaya əsgər göndərən ABŞ bu ölkədən çıxmayacağını bildirib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Vaşinqton 1990-cı illərdə İraqda həyata keçirdiyi siyasəti Suriyaya da tətbiq etmək niyyətindədir.

ABŞ rəhbərliyi müharibədən sonra “yenidən inşa” adı altında başda Rakkada olmaqla PYD/PKK terrorçularının nəzarətində olan bölgələrdə terror cəbhələri qurur.

Suriyada hərbi varlığını artırmaq üçün irəli sürdüyü İŞİD bəhanəsini Vaşinqton İranla əvəzləmək niyyətindədir.

“Vaşinqton Post”un xəbərinə görə, amerikalı nümayəndələr Suriyanın şimalında hərbi varlığını PKK terrorçuları ilə genişləndirmək və onlardan İranla Bəşər Əsəd rejiminə qarşı istifadə etmək niyyətindədir.

ABŞ-ın Suriyada başlanan siyasi həll prosesinə bu ayın sonunda təzyiq etməsi gözlənilir.

İran və Əsəd rejiminin ərazi hakimiyyətini genişləndirməsinə qarşı fəaliyyət bəhanəsi ilə bölgədə qalan ABŞ ordusu Şimali Suriyada PKK-ya dəstək verməklə yeni terror dövlətinin təməlini atacaq.

Bu dövləti qurmaq üçün ABŞ Rusiya rəhbərliyindən yardım istəmək fikrindədir.


Müəllif: Samir