13 Yanvar 2018 13:16
1 283
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-a səfər edən Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu önəmli açıqlamalar verib.

Teleqraf.com-un məlumatına görə, Türkiyənin baş diplomatı Los Ancelesdə türk vətəndaşlarla görüşüb.

Nazir deyib ki, Türkiyə vətəndaşları arasında fikirlər, yanaşmalar fərqli ola bilər, amma ölkəmizin maraqları önə çıxanda hər kəsin mövqeyi eyni olmalıdır. FETÖ terror şəbəkəsinin təhlükəsindən danışan nazir deyib ki, ABŞ bir gün əsl həqiqəti anlayacaq: “Təəssüf ki, ABŞ-dan istədiyimiz dəstəyi hələ də ala bilməmişik. Ekstradisiya tələbimiz reallaşmayıb”.

ABŞ-Türkiyə münasibətlərinə toxunan Çavuşoğlu bəyan edib ki, ABŞ Türkiyənin ən önəmli müttəfiqidir: “Bəzi mövzularda fikir ayrılıqlarımz ola bilər. FETÖ və PYD-yə silah verilməsi məsələləri səbəbindən münasibətlərimizdə gərginlik var. Bu gərginliyi dialoq vasitəsilə həll etməyə çalışrııq”.

Nazir Avropa Birliyi ilə münasibətlər haqda da danışıb: “Bizim normal şərtlərdə nə ABŞ, nə Avropa Birliyi, nə də Almaniya ilə problemimiz var. Almaniya indi münasibətləri düzəltmək istəyir. Son səfərimizdə münasibətlərdə yeni səhifə açdıq.

Avstryanın yeni xarici işlər naziri telefon açıb “Mən Türkiyəni, türkləri sevirəm, Osmanlının dünya mədəniyyətinə töhvələrini, islam mədəniyyətini bilirəm, münasibətlərimizi düzəltmək istəyirəm” söylədi. Mən də məmnuniyyətlə onu İstanbulda qarşılamağa hazır olduğumu dedim”.

Xatırladaq ki, Mövlud Çavuşoğlu Los Anceles proqramının ardından Kanadanın Vankuver şəhərində Şimali Koreya mövzusunda xarici işlər nazirlərinin toplantısına qatılacaq. Toplantı çərçivəsində Türkiyənin baş diplomatı ABŞ-ın dövlət katibi Reks Tillersonla ikilikdə görüşüb müzakirələr aparacaq.


Müəllif: Teleqraf.com