16 Yanvar 2018 15:50
732
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Roma Papası Fransiskin dəvəti ilə Vatikana səfər edəcək.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, səfər fevralın 5-də baş tutacaq.

Roma Papası ilə görüş zamanı Qüds məsələsi müzakirə ediləcək və Ərdoğan Franasiskə bu məsələdə göstərdiyi dəstəyə görə təşəkkür edəcək.

Ərdoğan Vatikandan Latın Amerikasına yollanacaq.


Müəllif: Samir