20 Yanvar 2018 17:04
645
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp Böyük Britaniya Baş naziri Tereza Mey ilə görüşəcək.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, görüş Davos iqtisadi forumu çərçivəsində keçiriləcək.

Bununla bağlı Ağ Evin sözçüsü Sara Sandres məlumat verib.

Görüş zamanı ikitərəfli əməkdaşlıq, beynəlxalq problemlər və dünyadakı iqtisadi vəziyyət müzakirə ediləcək.

Qeyd edək ki, Davos forumu yanvarın 23-dən 26-na kimi keçiriləcək.


Müəllif: Samir