16 Fevral 2018 11:52
653
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənubi Afrika Respublikasının (CAR) yeni prezidenti məlum olub.

Keçmiş vitse-prezident Siril Ramaposa parlamentin fevralın 15-də keçirilmiş xüsusi iclasında ölkənin yeni prezidenti seçilib.

S. Ramaposa prezident seçildikdən sonra and içib.

O, korrupsiyaya qarşı var gücü ilə mübarizə aparacağına söz verib.

Qeyd edək ki, CAR prezidenti Ceykop Zuma fevralın 15-də televiziya ilə xalqa müraciətində vəzifəsindən istefa verdiyini açıqlayıb.

Son vaxtlar müxalifət qüvvələri dəfələrlə prezident C. Zumanı və hakim partiyanı dövlət əmlakını talamaqda ittiham edib.

C. Zumanın səlahiyyət müddəti 2019-cu ildə başa çatmalı idi. O, 10 il CAR-ın prezidenti olub./APA/


Müəllif: Teleqraf.com