17 Fevral 2018 18:43
2 082
12 Punto 14 Punto 16 Punto 18 Punto

1915-ci il hadisələriylə əlaqədar Hollandiya Nümayəndələr Məclisində aparılan və mətbuata da sızan müzakirələrlə əlaqədar bu ölkənin Ankaradakı səfirliyinin müşaviri Erik Veststrayt Türkiyə Xarici İşlər Nazirliyinə dəvət edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə XİN-in mətbuat katibi Hami Ağsoy bildirib.

Hollandiyalı siyasətçilərin erməni iddialarını dəstəkləyən layihələri qarşıdakı həftələrdə Nümayəndələr Məclisinə təqdim etməsinin gündəmdə olduğunu deyən Ağsoy Türkiyənin 1915-ci il hadisələri ilə bağlı mövqeyinin tarixi faktlara və hüquqi normalara söykənən olduğunu vurğulayıb: "Hollandiyalı siyasətçiləri Türkiyəyə yönəlik mövqelərini gözdən keçirməyə və tarixi siyasiləşdirməməyə çağırırıq. Hollandiya bu tarixi məsələnin həllinə qatılmaq istəyirsə, 2005-dən bu yana Türkiyənin israrla təklif etdiyi Ortaq Tarix Komissiyasının qurulmasına dəstək verə bilər. Hollandiyanın ölkəmizlə əlaqələrini normallaşdırmaq iradəsinin olub-olmadığı bu mövzu ilə bağlı mövqeyindən asılı olacaq. Bunu nazirliyə dəvət etdiyimiz Erik Veststraytın diqqətinə çatdırdıq".


Müəllif: Nahid