17 Fevral 2018 21:29
1 151
12 Punto 14 Punto 16 Punto 18 Punto

20.29

Tibet muxtar rayonunun paytaxtı Lxasedə də YUNESKO-nun Dünya Mədəni İrsi Siyahısına daxil olan buddist monastırı və Cokanq məbədində yanğın başlayıb.

Teleqraf.com xəbər verir ki, hazırda xilasetmə qrupları yanğınla mübarizə aparırlar. Yanğının səbəbi hələlik məlum deyil. Yanğının mürəkkəblik dərəcəsi yüksək olaraq qiymətləndirilir.

***

Tibet muxtar rayonunun paytaxtı Lxasedə də YUNESKO-nun Dünya Mədəni İrsi Siyahısına daxil olan buddist monastırı və Cokanq məbədində yanğın söndürülüb.

Teleqraf.com xəbər verir ki, hadisə zamanı xəsarət alan olmayıb.


Müəllif: Nahid