16 Mart 2018 12:53
1 551
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Silahlı Qüvvələri Afrin xalqına ərəbcə və kürdcə hazırlanan bildirişlər paylayıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bildirişlər döyüş təyyarələri vasitəsilə Afrində dinc sakinlərin yaşadığı bölgəyə atılıb.

Bununla bağlı TSQ Baş Qərargahı məlumat yayıb.

Bildirişdə deyilir: "Tək hədəfimiz sizə əziyyət verən terror təşkilatlarıdır. Terrorçuların sığınacaqlarından uzaqlaşın, sizi və uşaqlarınızı qalxan kimi istifadə etməsinə icazə verməyib! PKK/PYD/YPG/İŞİD terror təşkilatları illədir ki sizə maddi və mənəvi ziyan verir. Terrorçuları dayandırmağın vaxtı çatıb. Afrindən çıxmaq istəyənlər türk ordusu sizi qoruyacaq. Terrorçular tərəfindən məcburi silahlandırılaraq, döyüşə aparılanlar silahlarınızı təhvil verin və evlərinizə qayıdın! TRT radiosunu dinləyin!"


Müəllif: Samir