15 Aprel 20:14

ABŞ Suriyada məqsədlərinə çatmayana qədər qoşunları bu ölkədən çıxarmayacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli bildirib.

Onun sözlərinə görə, ABŞ-ın Suriyada üç hədəfi var. İŞİD terror təşkilatı üzərində qələbə, kimyəvi silahın olmamasına əminlik və İranın bu ölkədəki fəaliyyətini izləmək.

Haley Suriya məsələsilə bağlı ABŞ-ın Rusiya ilə münasibətlərinin çox gərgin olduğunu, ancaq ölkəsinin əlaqələrin düzələcəyinə ümidlə yanaşdığını bildirib.

ABŞ prezidenti Donald Tramp daha öncə hərbçiləri Suriyadan çıxaracağını qeyd etmişdi.

İngiltərənin xarici işlər naziri Boris Conson hazırda Suriyaya qarşı hərbi əməliyyatla bağlı masa üzərində heç bir plan olmadığını qeyd edib: "Şükürlər olsun ki, Əsəd rejimi yenidən kimyəvi silaha əl atacaq qədər axmaq deyil".

Qeyd edək ki, aprelin 13-dən 14-ə keçən gecə ABŞ, Böyük Britaniya və Fransa Suriyaya bir neçə hərbi obyektə raket zərbəsi endirib. Bu addım Suriya ordusunun Duma şəhərində kimyəvi silah tətbiq etməsi barədə yayılan xəbərlə əsaslandırılıb.


Müəllif: Ayxan
Загрузка...