24 Aprel 2018 19:28
766
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hakimiyyət artıq xalqın əlindədir və obrazlı şəkildə desək müqavimət göstərmək artıq faydasızdır.

Axar.az xəbər verir ki, bu sözləri Ermənistandakı etiraz aksiyalarına rəhbərlik edən deputat Nikol Paşinyan deyib.

“Sərkisyan bunu başa düşmürdü, bəs sonra nə baş verdi? Bu yolla davam edənlərlə də eyni şey baş verəcək”, - Paşinyan bildirib.

“Siz Baş nazir olmaq istəyirsiniz?” sualına isə müxalif lider bu cür cavab verib:

“Əgər xalq mənim üzərimə belə bir yük qoymaq istəsə, etiraz etmərəm”.


Müəllif: Teleqraf.com