27 Aprel 2014 12:11
996
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerika Birləşmiş Ştatlarının Şimali Karolina ştatından keçən bir neçə tornado 200-ə yaxın evi tamamilə və ya qismən dağıdıb.

Bu barədə "Reuters" agentliyi ABŞ Milli Meteoroloji Xidmətin açıqlamasına istinadən xəbər verir.

Bölgədən azı 10 tornadonun keçdiyi bildirilir. Tornadolar ştatın Pitt və Bofort dairələrində müşahidə edilib. Bofort dairəsindən keçən tornado nəticəsində 16 nəfər müxtəlif xəsarətlərlə xəstəxanalara yerləşdirilib.

Arabir dolu ilə də müşayiət olunan tornadolar Şimali Karolinada 8 minədək sakinin işıqsız qalmasına səbəb olub. /anspress/


Müəllif: