7 May 2018 11:32
2 437
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Müdafiə Nazirliyi döyüş meydanında tanklara dəstək üçün nəzərdə tutulmuş "Terminator"un yeni videosunu paylaşıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “RİA Novosti” Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

“Terminator” tank və motoatıcı bölmələrin tərkibində çoxhədəfli döyüş vasitəsi kimi nüvə silahlarının və digər kütləvi qırğın silah növlərinin tətbiqi şəraitində manevr hərbi əməliyyatlarının aparılması üçün nəzərdə tutulub”,-deyə Müdafiə Nazirliyi qeyd edib.

“Uralvaqonzavod” 2019-cu ildən başlayaraq Müdafiə Nazirliyini “Terminator”larla təhciz etməyə başlayacaq.

Qeyd edək ki, “Terminator” mayın 9-da ilk dəfə Qızıl meydanda Qələbə Paradında iştirak edəcək.


Müəllif: Ruslan