21 Avqust 2014 16:56
2 360
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hər kəs İŞİD-in amerikalı jurnalisti necə öldürməsindən danışarkən, daha bir qandonduran mesaj terrorçu qruplaşmanın qadın üzvündən gəlib.

Teleqraf.com xəbər verir ki, Xədicə Dare adlı İŞİD silahlısının öz "Twitter" hesabından yazdığı mesaj görənləri şoka salıb. O, İŞİD-in ilk ingilis qadın kamikadzesi olmaq istədiyini yazıb.

"Allahu əkbər. İngiltərə bu dəqiqə qorxudan titrəyir. Mən də ingilis ya amerikalı bir terrorçunu öldürən ilk ingilis qadın olmaq istəyirəm".

Uğur


Müəllif: