29 Aprel 2014 23:09
1 152
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkmənistanda daha sürücülərə pulsuz benzin verilməyəcək.

Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədovun imzaladığı fərmana görə, cari ilin iyulun 1-dən avtomobil sürücüləri benzini pulla alacaq.

Fərmanda bildirilir ki, 2014-cü ilin 1 iyulundan avtomobil və motosiklet sahiblərinin bütün növ benzin və dizel yanacaqları ilə pulsuz təmin edilməsi norması ləğv edilir.

Hökümət bu qərarı Türkmənistan iqtisadiyyatının inkişafı və daxili bazarda neft məhsullarından qənaətlə istifadə etmək məqsədilə ilə izah edib.

Qeyd edək ki, hər bir avtomobil sahibi Türkmənistanda ayda 120 litr benzin, motosiklet sahibləri isə 40 litr benzin alır./anspress/


Müəllif: