6 Fevral 2015 07:53
1 297
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bosniya polisi bir kənddə bir neçə evin üzərində İslam Dövləti (İD) silahlı qruplaşmasının bayraqlarının asılması barədə məlumat alıb və həmin kənddə reyd keçirib.

Teleraf.comun məlumatına görə, polisin sözçüsü bildirib ki, "asılan bayraqlar yığışdırılıb". Reyd fevralın 5-də şimalşərqi Gornja Maoca kəndində baş tutub.

Fevralın 4-də yerli televiziya bir evin damında yellənən ağ-qara İD bayrağını göstərib. Gornja Maoca kəndi Brcko şəhəri yaxınlığında yerləşir. Vəhhabi kəndi sayılan bu ərazidə son illər polis bir neçə dəfə əməliyyat keçirib.

Bosniya kəşfiyyatı İraq və Suriyada 150 bosniyalının döyüşdüyünü bildirir. /azadliq.org/


Müəllif: