6 Fevral 2015 14:13

Hindistanın yeni təyin olunmuş səhiyyə naziri Laxma Reddi getdiyi xəstəxananın qabağında can verən şəxsi gözməməzliyə vurub.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, nazir donuz qripi ilə mücadilə edən Heydərabad şəhər xəstəxanasında aparılan işləri nəzərdən keçirmək üçün ora gedib. Nazirin gəlişi öncəsi xəstəxana önündə geniş təhlükəsizlik tədbirləri görülüb. Bu zaman hər kəsin gözü xəstəxananın önündə yerdə yatan şəxsə yönəlib. Əsl şok isə nazirin gəlməsi ilə baş verib. Reddi ölməkdə olan adamı görməməzliyə vuraraq onun yanından keçib və xəstəxanaya girib.

Hadisədən sonra açıqlama verməkdən boyun qaçıran nazir ölkədə sərt reaksiya ilə qarşılaşıb.

Samir


Müəllif: