12 Fevral 2015 01:01
860
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ümumdünya Səhiyyə Təşkilatı Qvineyada "Ebola" virusuna yoluxanların sayının ikiqat artdığını qeydə alıb.

Teleqraf.com-un RİA Novosti agentliyinə istinadən məlumatına görə, bu ölkədə son həftə ərzində ölümcül xəstəliyə 65 nəfər yoluxub.

Fevralın 11-nə olan məlumata görə, Ebola virusundan ölənlərin sayı 9177-yə, yoluxanların isə sayı 22 894 nəfərə çatıb. Bu xəstəlikdən ən çox əziyyət çəkən ölkələr, əvvəlki kimi, Qvineya, Syerra Leone və Liberiyadır.


Müəllif: