10 Mart 2015 13:11

Lyudmila Putina :“Münasibətimizdə qəribə qanunauyğunluq vardı”

Oleq Bloskoqonun "Vladimir Putin və hakimiyyətə yol" adlı kitabında Rusiya prezidenti Vladimir Putinin keçmiş arvadı Lyudmila Putinanın maraqlı etiraflar yer alıb.

Teleqraf.com həmin etiraflardan bəzilərini təqdim edir:

“Vladimir Vladimiroviçin valideynləri ilə ilk görüşü yaxşı xatırlayıram. Aleksey o vaxt üçün dəbdə olan “Rusiya” stereosistemini almışdı. Məni və iki dostunu çağırdı. Mən mətbəxə girəndə Putinin anası Mariya İvanova orda idi. Söhbət etdik. Daha sonra Aleksey içəri girdi və anasından soruşdu: “Necədi Lyuda?” anası cavab verdi: “Hə, əlbəttə, o, yaxşı qızdır”.


Bizim münasibətimizdə qəribə qanunauyğunluq vardı. İki ay hər şey normal gedirdi, sonra hansısa neqativ hal, sonra yenə hər şey yaxşı olurdu.

Vladimir Vladimiroviç hər zaman görüşlərə gecikirdi. Elə vaxt olurdu yarım saat, elə vaxt olurdu ki, bir saat onu gözləyirdim. Bir dəfə onu bir saat yarım metroda gözlədim. O isə həmişə gecikməsini işi ilə əlaqələndirirdi. Gecikmənin ilk 10-15 dəqiqəsinə mən dözürdüm, artıq saatlar keçirdi və mən inciyirdim, ağlayırdım. O, işlərində dəqiq idi, ancaq şəxsi işlərində bunu demək olmaz.

Onun haqqını yemək də olmaz. Heç vaxt yalan danışmırdı, özünü əməllərində göstərərdi, prinsipial biri idi. Mən əmin idim ki, başqaları ilə heç vaxt görüşməyəcək, bu davranışı dürüstcəsinə idi. Valideynlərinə bağlı biri idi. Əyləncə gecəsinə gedirdik, özünü çox rahat aparırdı: rəqs edirdi, şənlənirdi, gülürdü. Bizim münasibətimiz qeyri-müəyyən idi. Belə ki, o, məni daim müşahidə edirdi. Hansı qərarı verəcəyimi gözləyirdi - mən bu sınaqlara dözəcəyəmmi, ya yox... Xatırlayıram ki, 1981-cidə ilə biz dağ xizəyi ilə məşğul olmağa başladıq. Birdən oralarda gəzməyi təklif etdi. O, mənim fikirimi soruşmurdu, sadəcə, təklif edirdi”.

Samir


Müəllif: