17 Mart 2015 13:09
1 515

Türkiyədə 6 aylıq qızını “çox ağlayır” deyə divara vururaq öldürən ata həbs olunub.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, C.T və E.T cütlüyünün 6 ay əvvəl qızları dünyaya gəlib. Oğlan uşağı istəyən ata C.T bunda arvadını günahlandırıb.

Ötən gün isə ata C.T “çox ağlayır” deyə Z.T adlı körpəni divara vurub. Hərəkətsiz qalan kiçik qız üçün təcili yardım çağrılıb. Çağırışa gələn təcili yardım həkimi körpənin öldüyünü müəyyən edib.

Ata həkimə qızının təsadüfən yerə düşdüyünü deyib. Z.T “Qəza nəticəsində öldü” hesabatıyla torpağa basdırılıb. Xanımını da hədələyən ər olanlar barəsində heç kimə danışmamasını tələb edib.

6 aylıq qızın anası isə olanları bacısına danışıb. O, isə baş verənlər haqqında polisə məlumat verib.

Polis qızın ölümünə səbəb olan C.T-ni həbs edib.

Teleqraf.com hadisə ilə bağlı videonu təqdim edir:

Rüstəm


Müəllif: