24 Mart 2015 16:30
611

Suriyada Hama hərbi hava limanından qalxan vertolyot İdlib şəhərində texniki nasazlıq səbəbilə qəzaya uğrayıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hadisə zamanı pilot və digər şəxslər müxalif qüvvələr tərəfindən əsir götürülüb. Helikopterin Əsədə sadiq qüvvələrə məxsus olduğu bildirilib. Bəzi rəsmilər vertolyotun vurulduğunu iddia ediblər.

Suriya Ümumi İnqilab Şurasından edilən açıqlamada, vertolyotun İdlib bölgəsindəki müxaliflərin olduğu bölgələri bombalamaq üçün havaya qalxdığı qeyd edilib.

Samir


Müəllif: