2 İyul 2015 12:25
727
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yüzlərlə etirazçı Ermənistanın paytaxtı İrəvanın Baqramyan prospektində gecələyib.

Teleqraf.com ria.ru-ya istinadən xəbər verir ki, onlar polisin prospekti boşaltmaq tələbinə məhəl qoymayıblar.

Gecə saatlarında rəsmi rəqəmlərə görə, etirazçıların sayı iki minə çatıb. Nümayişçilər gecə boyu prospektdə növbə çəkiblər.

Hazırda polis etirazçı kütlə ilə danışıqları davam etdirir. Təhlükəsizlik qüvvələri prospektdə yaşayan əhalini etirazları dayandırmaq üçün şikayətçi olmağa çağırıblar. Onlar bunun köməyi ilə Baqramyan prospektini etirazçılardan təmizləməyə çalışırlar.

Samir


Müəllif: