15 İyul 2015 21:40

"ABŞ Prezidenti Barak Obama, eləcə də dövlət katibi Con Kerri aydın bəyanat verdilər ki, İranın nüvə proqramı üzrə saziş yalnız nüvə proqramına aiddir". Bunu Trend-ə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.

Onun sözlərinə görə, İrana qarşı bəzi sanksiyalar terrorçuluğa dəstək, ballistik raket proqramları, insan haqlarının pozulması kimi məsələlərə görə aradan qaldırılmayacaq.

R.Sekuta bildirib: "Eyni zamanda, B.Obama qeyd edib ki, İran xalqına ABŞ-ın ümumi maraqlar və qarşılıqlı hörmət əsasında əməkdaşlığa həmişə hazır olduğunu bildirir. İki ölkə arasındakı mürəkkəb tarixi əlaqələrə baxmayaraq, hər şeyi dəyişmək mümkündür. Prezidentin dediyi kimi, "bu saziş yeni istiqamətdə irəliləmək imkanı yaradır və biz bu imkandan istifadə edəcəyik".


Müəllif:
Загрузка...