10 May 2016 18:13
197

ABŞ prezidenti Barak Obamanın Yaponiyanın Xirosima bölgəsinə tarixi səfərinin vaxtı müəyyənləşib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Ağ Ev açıqlama yayıb.

Məlumatda bildirilib ki, səfər mayın sonunda gerçəkləşəcək.

Qeyd edək ki, Amerika 1945-ci ilin avqustunda Naqasaki və Xirosimaya atom bombası atıb. Hadisə nəticəsində Xirosimada 140 min insan həyatını itirib.

Samir


Müəllif: