28 May 2016 00:55
414

Barak Obama 8 illik prezidentlik dövrü bitdikdən sonra ailəsi ilə bərabər 9 yataq otağı olan malikanəyə köçəcək.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, həmin ev paytaxt Vaşinqotonun ən zəngin məhəllələrdən biri olan Kaloramada yerləşir.

Kalorama Vaşiqntonun diplomatik kvartalı və ABŞ-ın vitse-prezidentinin yaşadığı rayona çox yaxındır. Obamanın Amerikanın 3-cü böyük şəhəri olan Çikaqoda evi var. Lakin ailə ikinci qızları Saşanın məktəbi bitirməsini gözləyəcək.

Sahəsi 2500 kv.m olan evin aylıq icarə haqqının 22 min dollar təşkil edəcəyi deyilir.

Elvin


Müəllif: