1 İyun 2016 20:51
920
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın dəstəklədiyi kürd və ərəb birləşmələri Suriyanın şimalında İŞİD qruplaşmasına qarşı yeni cəbhə açıblar.

Teleqraf.com xəbər verir ki, “Suriyanın Demokratik Qüvvələri” yaraqlıların nəzarətində olan Manbij şəhərinə doğru irəliləyirlər.

Bu şəhər Türkiyə sərhədinin yaxınlığında yerləşir. Kurdlər şəhərin təxminən 15 kilometrliyindəki 16 kəndi ələ keçiriblər.

Həmçinin ABŞ-ın rəhbərlik etdiyi koalisiya təyyarələri bu gün səhər Manbiji bombalayıb.

15 dinc sakinin öldüyü bildirilir.


Müəllif: