25 İyun 2017 18:07
742

16:47

Formula 1 üzrə dünya çempionatının yeddinci mərhələsinin - Azərbaycan Qran-Prisinin açılış mərasimi başlayıb.

Teleqraf.com xəbər verir ki, Azadlıq meydanında karnaval üslubunda hazırlanan açılış mərasimində Azərbaycan mədəniyyətinin incə koloriti, milli rəqslərimiz və xalqımızın əsrlərdir qoruyub saxladığı simvollar nümayiş etdirilir.

Formula 1 Azərbaycan Qran-Prisində on komanda mübarizə aparır. Hər komanda iki pilotla təmsil olunur. Ötən gün keçirilən sıralanma turundan sonra Formula 1 Azərbaycan Qran-Prisinin start düzülüşü müəyyənləşib. Həlledici mərhələnin start düzülüşü aşağıdakı kimidir:

1. Luis Hamilton 1:40.593 (“Mercedes”)
2. Valtteri Bottas 1:41.027 (“Mercedes”)
3. Kimi Raykkonen 1:41.693 (“Ferrari”)
4. Sebastian Fettel 1:41.841 (“Ferrari”)
5. Maks Ferstappen 1:41.879 (“Red Bull Racing”)
6. Serxio Peres 1:42.111 (“Force India”)
7. Esteban Okon 1:42.186 (“Force India”)
8. Lans Stroll 1:42.753 (“Williams”)
9. Felipe Massa 1:42.198 (“Williams”)
10. Daniel Rikkiardo 1:43.414 (“Red Bull Racing”)
11. Daniil Kvayt 1:44.186 (“Toro Rosso”)
12. Karlos Sains 1:43.347 (“Toro Rosso”)
13. Kevin Maqnussen 1:43.796 (“Haas”)
14. Niko Hulkenberq 1:44.267 (“Renault”)
15. Paskal Verlayn 1:44.603 (“Sauber”)
16. Fernando Alonso 1:44.334 (“McLaren”)
17. Romen Qrojan 1:44.468 (“Haas”)
18. Markus Eriksson 1:44.795 (“Sauber”)
19. Stoffel Vandorn 1:45.030 ( “McLaren”)
20. Colyon Palmer ----- (“Renault”)

İl ərzində keçirilən yeddi Qran-Prinin üçündə (Avstraliya, Bəhreyn, Monako) qalib gələn “Ferrari”nin almaniyalı pilotu Sebastian Vettelin 141 xalı var. Yeddinci - Kanada Qran-Prisində aktivinə 25 xal əlavə edən Luis Hamilton liderlə aradakı fərqi bir qədər azaldıb. O, bu qələbədən sonra xal ehtiyatını 129-a çatdırıb. Britaniyalı pilot Çin, İspaniya və Kanada Qran-Prilərində fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Onun komanda yoldaşı, Rusiya Qran-Prisinin qalibi Valtteri Bottas isə 93 xalla üçüncü sırada yer alıb.

***

17:29

"Renault" komandasının üzvü Colyon Palmer yarışı yarımçıq dayandırıb. Onun bolidində tüstülənmə baş verib və iştirak etdiyi komanda pilotdan mühərriki söndürməsini istəyib.

Beləliklə, Palmer üçün Azərbaycan Qran-Prisi başa çatıb.

***

17:32

“Toro Rosso” komandasının pilotu Daniil Kvaytın bolidində texniki problemlər yaranıb.

Nəticədə Kvyat 12-ci döngədə fasilə verməli olub. Bununla da Kvyat yarışı dayandırıb.

***

17:34

“Red Bull Racing” komandasının üzvü Maks Ferstappenin bolidində texniki problemlər olduğundan o da Qran Prini tərk etməli olub.

Hazırda yarış 17 pilotun iştirakı ilə davam edir.

***

Hemiltonun bolidi Fettellə toqquşub. Lakin bolidlər zədələnməyib və yarışı davam etdirir.

Hemilton radio əlaqə vasitəsilə təhlükəsizlik maşınının daha sürətlə hərəkət etməsini tələb edib.

“Ferrari” komandasının üzvü Kimi Raykkonenin bolidinin sağ arxa təkərində problem yaranıb və qopub. Nəticədə o, yarışı tərk etməli olub.

“Force India” komandasının üzvü Serxio Peres üçün də yarış artıq yekunlaşıb. O da Qran-Prini sonlandırmalı olub.

Hazırda yarış 15 iştirakçı ilə davam edir.

18:04

Hazırda marşallar trası bolidlərdən qopub düşən hissələrdən təmizləyirlər. Prosesin nə qədər davam edəcəyi bəlli deyil. Pilotların hamısı maşınları tərk ediblər.

18:17

Saat 18:15-də yarış davam edib.

"Force India” komandasının pilotu Serxio Peres və “Ferrari” komandasının üzvü Kimi Raykkonenin yarışa qayıdıb.

Foto: Elçin Murad


Müəllif: Nərgiz