1 İyul 2016 15:44
683

15:44

“Baku Steel Company” MMC-də baş verən partlayışla bağlı cinayət işi başlanıb.

Teleqraf.com xəbər verir ki, faktla bağlı Nərimanov rayon Prokurorluğunda araşdırma başlayıb.

Cinayət Məcəlləsinin 162-ci (əmək mühafizə qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.

Qeyd edək ki, iyunun 30-da “Baku Steel Company” MMC-in partlayış baş verib. Nəticədə zavodun işçiləri - 1951-ci il təvəllüdlü Ələsgər Ələsgərov, 1970-ci il təvəllüdlü Elsevər İbadullayev, 1971-ci il təvəllüdlü Məmməd Kərimov, 1959-cu il təvəllüdlü Nüsrəddin Səfərov və 1982-ci il təvəllüdlü Natiq Salmanov xəsarət alıb.

***

Bakı şəhəri, Nərimanov rayonu, Z.Bunyadov prospektində yerləşən “Baku Steel Company” zavodunda istehsalat qəzası nəticəsində partlayış baş verib.

Teleqraf.com “Report”a istinadla xəbər verir ki, partlayış nəticəsində beş nəfər xəsarət alıb.

Həmin şəxslər zavodda işləyənlər - Sumqayıt şəhər sakini 1951-ci il təvəllüdlü Ələsgər Ələsgərov, Masallı rayon sakini 1970-ci il təvəllüdlü Elsevər İbadullayev, 1971-ci il təvəllüdlü Məmməd Kərimov, Şabran rayon sakini 1959-cu il təvəllüdlü Nüsrətdin Səfərov və 1982-ci il təvəllüdlü Natiq Salmanovdur.

Yaralılar müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.

Ə.Ələsgərov və E.İbadullayev tibbi yardım aldıqdan sonra evə buraxılıb, digər yaralıların vəziyyəti stabil ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Teleqraf.com


Müəllif: