8 İyul 2014 11:45

Terrorçu “İraq Şam İslam Dövləti” bu dəfə də futbolla bağlı təhdid bəyanatı yayıb.

İŞİD Qətərdə təşkil olunacaq FİFA - 2022 Dünya Kubokunun keçirilməməsi barədə xəbərdarlıq edib.

Bəyanatda bildirilir ki, İslam Xilafət Dövləti qurulub və Dünya Kubokunun keçirilməsi nəzərdə tutulan Qətər dövləti yoxdur: “Qətər artıq İslam Dövlətinin bir parçasıdır. Orada müsəlmanların xəlifəsi və əmiri Əbu Bəlir Bağdadinin sözü keçir. Xəlifə boş oyun və əyləncələrin keçirilməsinə əsla icazə verməz. Buna görə də, FİFA-ya başqa ölkə tapmağı məsləhət görürük. İŞİD-in əlində “Scud” raketləri var. Bu raketlər rahatlıqla Qətərə çata bilər. Amerika da bunu bilir”.

/aznews/


Müəllif: