12 İyul 2014 10:16

Dünyanın məşhur hərrac şirkəti “Christies” 4 min illik Misir heykəlini təxminən 27 milyon dollara satıb. İngiltərədəki “Northampton” muzeyi, heykəli qalereyada saxlamaq istmədiyindən məşhur hərrac şirkəti “Christies” ilə təmasa keçib və tərəflər hərracla satış üzərində razılaşıblar.

Qiymətləndirmə işlərində heykəlin təxminən 10 milyon dollara satılacağı deyilsədə hərracda satış qiyməti 27,4 milyon dollara qədər yüksəlib. 4 min yaşındakı əhəng daşından olan heykəlin, antik Misirdə əhəmiyyətli bir dövlət adamı olan Sekhemkanın təsviri olduğu təxmin edilir.

1880-ci ildə “Northampton” muzeyinə bağışlanan heykəlin satılmasına, Misirin London səfiri reaksiyasını dilə gətirib və "Əgər muzey heykəli saxlmaq istəmirdirsə niyə Misirə ekstradisiya etmədi?" deyə soruşub. Səfir "Heykəlin artıq xalqa açıq şəkildə nümayiş olunmaması, bir adamın şəxsi kolleksiyasında qalması təəssüfvericidir. Muzeylər mağaza kimi çalışmamalıdır. Sekhemka heykəli isə Misirə aiddir" deyə məsələdən narazıçılığını bildirib.

/ans press/


Müəllif: