17 İyul 2014 12:51

Ermənistan silahlı qüvvələrinin işğal etdikləri Kəlbəcər rayonu ərazisində iyulun 11-də girov götürülən soydaşlarımızla bağlı imzatoplama kampaniyası keçiriləcək. Bu barədə “Feysbuk” sosial şəbəkəsində məlumat yayılıb.

Teleqraf.com xəbər verir ki, məqsəd girovların məsələsinin daha da ictimailəşməsi və tez bir zamanda onların azadlığına nail olunmasıdır.

Qeyd edək ki, imzatoplama kampaniyasının iyulun 22-i, saat 16:00-da Tofiq Bəhramov adına Respublika Stadionunun qarşısında keçirilməsi nəzərdə tutulub.

Səxavət


Müəllif: