18 İyul 2014 21:54

İraq kürdləri Kərkükdə yerləşən yataqlardan neft çıxarmağa başlayıblar.


Alınan məlumata görə, Kürd hərbiləşmiş birləşmələri bu il iyulun 11-də Şimalda iki neft yatağını ələ keçiriblər.
Şəhər məmurunun sözlərinə görə, kürdlər Kərkükdən çıxarılan nefti İranla sərhəddə yerləşən Xurmal şəhərinə ötürürlər.

Ötürülən neftin həcmi 20-25 min barreli ötüb keçir.

Kərkükün neft yataqlarındakı neft öz keyfiyyəti və kəmiyyəti ilə seçilməklə yanaşı, həm də yüngül neft kimi xüsusi seçilir.

Xatırladaq ki, məhz buna görə Kərkük vilayəti neft üzrə İraqın və dünyanın ən zəngin regionudur. Ehtiyat neftin miqdarı 10 milyard bareldən çoxdur.

/axar.az/


Müəllif: