Azərbaycanın işğal olunmuş ərazilərində üç nəfər mina partlaması nəticəsində yaralanıb.
Onların hamısı helikopterlə Yerevan şəhərindəki "Erebuni" tibb mərkəzinə gətirilib. Alınan məlumata görə, bu barədə "Armenpress" xəbər yayıb.
Məlumatda deyilir: "Maşın minalanmış ərazidən keçərkən minaya düşüb. İlkin məlumata görə, dörd sərnişindən biri hadisə yerində həlak olub, aralarında Armavir şəhərinin meri Ruben Xlqatyanın da olduğu digər üç yaralı helikopterlə Yerevana aparılıb".
/trend/