24 Avqust 2017 12:42
2 907
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən “Kopenhagen”lə oyunda yeganə qolun müəllifi olan “Qarabağ” futbol klubunun üzvü Dino Ndlovun kimliyi maraqlıdır.

Teleqraf.com xəbər verir ki, Dino Ndlov 15 fevral 1990-cı ildə Cənubi Afrika Respublikasının Johannesburq şəhərində doğulub. 84 kq çəkisi, 180 sm boyu var.

“Qarabağ” futbol klubunda hücumçu mövqeyində çıxış edən Dino solaxaydır. Bütün qolları sol ayağı ilə vurub.

Onun qiyməti 700.000 avrodur. İdman ekspertlərinin rəyinə görə, bu oyundan sonra bu məbləğ xeyli qalxa bilər. Dino Ndlov “Qarabağ”da 9 nömrədə oynayır.

Dino dünən oyundan sonra mətbuata bu açıqlamanı verib: “Bu, təkcə mənim yox, bütün komandanın uğurudur. Sevinirəm ki, biz Çempionlar Liqasının qrupuna çıxa bildik. Artıq növbəti oyuna köklənmişik. Daxili çempionatda “Qəbələ” ilə görüşəcəyik”.


Müəllif: Könül