17 Sentyabr 13:59

Türkiyə Silahlı Qüvvələrinə məxsus yüzlərlə hərbi texnika və canlı qüvvə Türkiyə-Suriya sərhədinə doğru irəliləyir.

Teleqraf.com türk mediasına istinadən xəbər verir ki, Suriya sərhədinə göndərilən hərbi qüvvələr və zirehli texnikaya dünən gecə Hatayın Reyhanlı istiqamətində rast gəlinib. Qeyri-rəsmi xəbərlərə görə, sözügedən qüvvələr təhlükəsizlik tədbirləri çərçivəsində Suriya yaxınlığında yerləşən hərbi hissələri gücləndirmək məqsədi daşıyır.


Müəllif: Cavad