4 Noyabr 10:59
386

Türkiyədə iştirak etdiyi açılışlarda qırmızı lentləri kəsdiyi qayçıları xatirə olaraq götürən Ərdoğan Bakıdan da əliboş qayıtmayıb.

Teleqraf.com xəbər verir ki, prezident tarixi İpək Yolunu yenidən həyata keçirəcək BTQ Dəmiryolunun açılış mərasimində relslərə mismar vurduğu böyük çəkici də xatirə kimi Türkiyəyə aparıb.

Xatırladaq ki, Bakı-Tiflis-Qars dəmir yolunun açılışı münasibətilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında təntənəli mərasim keçirilib.

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan, Qazaxıstanın Baş naziri Bakıtjan Saqintayev, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, Özbəkistanın Baş naziri Abdulla Aripov, həmçinin Tacikistan və Türkmənistandan olan nümayəndə heyətləri mərasimdə iştirak ediblər.


Müəllif: Alpər Cəbrayıl