8 Dekabr 12:07
363

Bu gün dünyanın bir çox ölkələrində ABŞ Prezidenti Donald Trampın Qüds qərarına etiraz nümayişi keçiriləcək.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, “Qəzəbli cümə” adı verilən etirazlar cümə namazından sonra başlayacaq.

Nümayişlərə on minlərlə insanın qatılacağı gözlənilir. Türkiyənin 81 bölgəsində də aksiyalar keçiriləcək.

Qeyd edək ki, bu çağırışı Fələstində fəaliyyət göstərən HƏMAS təşkilatı edib.


Müəllif: Samir