12 Fevral 21:27

İŞİD terror təşkilatına qarşı aparılan əməliyyatlar nəticəsində viran qalmış İraqda təmir-bərpa işlərinin aparılması üçün 87 milyard dollara ehtiyac var.

Teleqraf.com xəbər verir ki, bu barədə İraq hökumətinin sözçüsü Kuzey Abdülfəttah bildirib.

İŞİD 2014-cü ildə İraqın Mosul və digər şəhərlərini ələ keçirib. Ən çox dağıntılar Mosulda qeydə alınıb. Burada 11 min 500 ev tamamilə dağıdılıb, 35 min evə qismən zərər dəyib.

Fəlluc şəhərində də 40 min ev tamamilə dağıdılıb.


Müəllif: Ayxan
Загрузка...