14 Fevral 11:05

Türkiyə Silahlı Qüvvələrinin Afrində keçirdiyi “Zeytun budağı” hərəkatının 15-ci günündə şəhid olan çavuş Fevzi Gursunun bir gün öncə anası ilə telefonla danışdığı məlum olub.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, telefon danışığı zamanı anası Fevzi Gursu ilə toy hazırlıqlarından danışıb.

Anasının sözlərinə görə, oğlu son danışığında “Mayda gələcəm, sevdiyim qıza elçi gedərik. Toyumda çox adam iştirak edəcək”, - deyib:

“Xeyirxah, zarafatcıl idi. Hər kəs onu sevirdi. Aslan kimi idi. Oradakı məhmətciklər oğlumun intiqamını alsınlar. Dualarımız onlarladır. Zəfər bizim olacaq. Son danışığımızda silah səsləri gəlirdi. Çox qorxdum. O isə məni sakitləşdirmək üçün təlim hədəflərinə atəş açdıqlarını dedi. Onun şəhid olacağı heç ağlıma gəlmirdi”.


Müəllif: Samir
Загрузка...