21 Aprel 2018 12:14
1 479
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənab Prezidenti qələbəsi münasibətilə təbrik edirəm.

Hesab edirəm ki, xalq ölkəmizin iqtisadi inkişafı, Heydər Əliyev siyasi kursu, siyasi sabitliyə səs vermiş oldular.

Bu sözləri millət vəkili Siyavuş Novruzov Milli Məclisin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

S.Novruzov Novruz Məmmədovun baş nazir vəzifəsinə təyinatı ilə bağlı Preizdentin təqdimatına da münasibət bildirib:

“Novruz Məmmədovun tək xarici siyasət deyil, prezidentin iqtisadi siyasəti ilə bağlı daim geniş məqalələrlə çıxış edib.Novruz Məmmədov 22 ildən artıqdır ki, Prezident Adminstrasiyasında çalışır, bu vəzifəyə addım-addım gəlib. Bu illər ərzində ölkəmizin maraqlarını xarici ölkələrdə uğurla təmsil edib. Ölkəmiz Preizdentimiz əleyhinə xairici qüvvələr tərəfindən verilən yazılara münasibət bildirən az insanlardandır. Biz də bütün həmkarlarımızdan Novruz Məmmədova səs verməyə çağırırıq. Bundan sonrakə fəaliyyətini də uğurla həyata keçirməyi arzu edirik. Bununla yanaşı Artur Rəsizadə də fəaliyyəti dövründə hər zaman sədaqətlə fəaliyyət göstərib. Ona da təşəkkür edirik”.


Müəllif: Teleqraf.com