14 Avqust 2014 10:19

Şəkidə dağlıq ərazisində yanğın olub.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsindən (DYMH) verilən məlumata görə, rayonun Kiş kəndində dağlıq ərazidə naməlum səbəbdən baş verən yanğının söndürülməsinə ərazinin relyefi nəzərə alınaraq FHN-in Şəki rayon DYMH-nin iki yanğınsöndürən maşını və hissənin tam şəxsi heyəti, Qax rayon DYMH-dən 16 yanğınsöndürən, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Şəki Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin əməkdaşları və yerli sakinlər cəlb edilib.


Baş vermiş yanğın nəticəsində ərazidə 2 ha sahədə kol-kos və qurumuş ağac kötükləri yanıb.

Yaxınlıqdakı meşə zolağı yanğından mühafizə edilib.

Faktla bağlı FHN-nin Şəki rayon DYMH-də araşdırma aparılır.

/APA/


Müəllif:
Загрузка...