25 May 2016 18:43
154

Serbiya Respublikasının Prezidenti Tomislav Nikoliç Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

"Hörmətli cənab Prezident.

Milli bayramınız – Respublika Günü münasibətilə Sizə Serbiya Respublikasının xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi çatdırır, ölkənizə və xalqınıza tərəqqi, rifah diləyirəm.

Bizim son görüşlərimiz xalqlarımız arasında səmimi dostluğun, Serbiya Respublikası ilə Azərbaycan Respublikasının tərəqqisi və sabitliyi naminə strateji əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsində birgə marağın mövcudluğunu bir daha təsdiq etdi.

Sizin rəhbərliyiniz ilə dost Azərbaycanın Serbiyanın suverenliyi və ərazi bütövlüyünə davamlı dəstəyinə görə Zati-alinizə təşəkkürümü bildirirəm.

Belqrad şəhərində növbəti görüşümüzü səbirsizliklə gözləyir, Sizə möhkəm cansağlığı və xoşbəxtlik arzu edirəm.

Cənab Prezident, dərin hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm", - təbrikdə qeyd edilir.

***


Fransa Respublikasının Prezidenti Fransua Olland Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Cənab Prezident.


Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə və xalqınıza böyük səmimiyyətlə sülh, əmin-amanlıq və tərəqqi arzularımı çatdırıram.

Ötən illərdə olduğu kimi, bu il də Fransa ilə Azərbaycan arasında əməkdaşlıq əlaqələrinin inkişafı bütün sahələrdə davam edib. Tezliklə Bakıda açılacaq Fransız Azərbaycan Universiteti buna bariz nümunədir. Mən buna şadam və arzu edirəm ki, ölkələrimizi birləşdirən tərəfdaşlıq əlaqələri daha da dərinləşsin və müxtəlif sahələri əhatə etsin.


Bu xoş fürsətdən istifadə edərək Sizi əmin edirəm ki, Minsk qrupunun həmsədri kimi Fransa rusiyalı və amerikalı tərəfdaşları ilə Dağlıq Qarabağ münaqişəsinin sülh və danışıqlar yolu ilə həlli istiqamətində səylərini davam etdirəcək.


Cənab Prezident, Sizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm", - təbrikdə deyilir.


Müəllif: