1 İyun 2016 14:48

Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə Genuya şəhərində yerləşən "Telenord" televiziya kanalının "Transport" verilişinə müsahibə verib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, müsahibədə Azərbaycanın nəqliyyat imkanları, Qədim İpək Yolu layihəsinin bərpası, Şimal-Cənub nəqliyyat dəhlizinə Azərbaycanın töhfələri, Azərbaycanda həyata keçirilən mühüm nəqliyyat və infrastruktur layihələri və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı barədə məlumat verilib. Bu layihələrin ölkəmizdə iqtisadiyyatın diversifikasiyasının dərinləşməsinə əsaslanan Azərbaycanın yeni iqtisadi modelinin tərkib hissəsi olması vurğulanıb.

Müsahibə səfir M.Əhmədzadənin İtaliyanın Liquriya regionunun paytaxtı Genuya şəhərinə işgüzar səfəri çərçivəsində təşkil olunub

Səfər zamanı M.Əhmədzadə Liquriya regionunun prezidenti Covanni Toto, Genuya şəhərinin meri Marko Doriya və regionun işgüzar dairələri və mədəniyyət sahəsinin nümayəndələri ilə görüşlər keçirib.

Görüşlərdə Azərbaycan Respublikasının Genuya şəhərindəki fəxri konsulu xanım Marqarita Kosta iştirak edib.


Müəllif:
Загрузка...