27 İyun 2014 18:11
839
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Boliviya Çoxmillətli Dövlətindəki səfiri Məmməd Əhmədzadə La Paz şəhərinə səfəri çərçivəsində Boliviyanın xarici işlər naziri David Choquehuanca ilə görüşüb.

XİN-in mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, görüşdə iki ölkə arasında siyasi, iqtisadi-ticarət, humanitar sahələrdə əməkdaşlıq, müqavilə-hüquq bazasının inkişafı, qarşılıqlı səfərlərin həyata keçirilməsi mövzuları müzakirə olunub. Görüşdən sonra “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Boliviya Çoxmillətli Dövlətinin Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr haqqında saziş”in imzalanması mərasimi keçirilib.

Səfər çərçivəsində M. Əhmədzadə Boliviya Senatının sədri Eugenio Rojas, Senatın xarici əlaqələr komissiyasının sədri Gabriela Montano, Deputatlar Palatasının sədri vəzifəsini icra edən Javier Eduardo Zavaleta Lopez, Deputatlar Palatasının xarici əlaqələr komissiyasının sədri Betty Tejada, habelə xarici işlər nazirinin müavinləri Juan Carlos Alluralde Tejada və Valter Clarems Endara Vera, enerji inkişafı nazirinin müavini Franklin Molina ilə görüşüb.

Səxavət


Müəllif: