16 May 2017 13:32
1 019
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nigeriyanın Niger əyalətində mәscidә hücum edilib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hücum nәticәsindә 20 nәfәr hәlak olub.

Bu barәdә polis idarәsinin rәisi Bala Elkana mәlumat verib. Hələ ki məscidə hücum edənlərin şəxsiyyətini müəyyən etmək mümkün olmayıb.

İlkin ehtimallara görə, hücum köçəri çobanlar tərəfindən edilib. Bölgədə otlaqlar üstündə yerli fermerlər ilə köçəri çobanlar arasında toqquşmalar baş verir.

Qeyd edək ki, son iki ildə ölkənin şimal-şərqində çobanlar ilə fermerlər arasında baş verən toqquşmalar nəticəsində 400-dən çox adam həyatını itirib.

Samir


Müəllif: