23 May 2017 09:47
801
12 Punto 14 Punto 16 Punto 18 Punto

Venesuelanın sabiq prezidenti Uqo Çavesin evinə od vurulub.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hadisə Barinas ştatının Sabanet şəhərində baş verib.

Etirazçı kütlə Çavesin doğulduğu evi yandırıblar. Nümayişçilər bununla aksiyalar zamanı 19 yaşlı tələbənin öldürülməsinə etiraz ediblər.

Qeyd edək ki, 1 aydan çox davam edən etiraz aksiyaları zamanı azı 40 nəfər öldürülüb. Aksiya iştirakçıları dərman və qida məhsullarının qiymətlərinə etirazlarını bildirirlər.


Müəllif: Samir İsayev