26 May 2017 09:31
1 701
12 Punto 14 Punto 16 Punto 18 Punto

Brüsseldə keçirilən NATO-nun zirvə sammitində maraqlı anlar yaşanıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp toplantı zamanı ona yol verməyən Monteneqro Baş naziri Duşko Markoviçi itələyib və ön sıraya keçib.

Olayla bağlı açıqlama verən Markoviç burada üzücü heç nə yoxdur: "Trampın məndən öndə durmaq haqqı var".

NATO Baş katibi Yens Stoltenberq isə belə bir hadisənin yaşanmadığını bildirib.

Olayın görüntülərini təqdim edirik:


Müəllif: Samir