18 İyun 2017 12:44
779
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiyaya aid sularda hərbi gəmi ilə sərnişin gəmisi toqquşub.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, qəza nəticəsində 7 hərbçi itkin düşüb, döyüş gəmisinin kapitanı isə yaralanıb. Məlumata görə, hadisə Yokosuka şəhərinin 90 kilometrliyində baş verib.

Yaponiyanın Kayodo Agentliyinin xəbərinə görə, Amerika Hərbi Donanmasına aid olan gəmi Filippin bayrağı ilə üzən yük gəmisi ilə bu gecə saat 02:30-da toqquşub. Hərbi gəmidə olan 3 nəfər də xəsarət alıb.

Qəza zamanı yaralanan döyüş gəmisinin komandiri Briyce Benson deyib ki, iki dənizçi xəstəxanaya yerləşdirilib.

Yaponiya Sahil Təhlükəsizlik Xidmətinə aid xilasedici qruplar itkin ekipajın axtarışına çıxıblar. Patrul gəmiləri ilə yanaşı bir təyyarədə də axtarışa cəlb edilib. Bundan başqa, Yaponiya Dəniz Qüvvələri də bir vertolyotu hadisə yerinə göndərib. Hadisə zamanı həm döyüş, həm də yük gəmisi zədələnib.

Yük gəmisində olan 20 dənizçi isə xəsarət almayıb. Hər iki gəmi Tokio limanına aparılıb.

Qeyd edək ki, ABŞ Hərbi Dəniz Donanmasına aid olan gəmi ötən ilin fevralında Asiya-Sakit okean bölgəsinin təhlükəsizliyi üçün Yaponiyada olan ABŞ donanmasının icrasına verilib və onun qiyməti 21 milyon ABŞ dollarıdır.

Yaponiya Meteorologiya Agentliyi qeyd edib ki, qəza zamanı dənizdə dalğa 2 metr hündürlüyündə olub.


Müəllif: Cavad