21 İyun 2017 11:02
1 153
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Federal Baytarlıq və Fitosanitariya Nəzarət Xidməti Kalininqrad vilayətində Türkiyədən bu ölkəyə gətirilən 196 kiloqram pomidoru məhv edib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı nəzarət xidmətinin saytında məlumat yerləşdirilib.

Məlumatlara görə, Çernışevski-Kibartay sərhəd keçid məntəqəsində baxışı zamanı pomidorların Azərbaycanda yetişdirildiyi yazılsa da, araşdırmalar zamanı TIR-dakı tərəvəzlərin Türkiyədən gətirildiyi məlum olub.

Laboratoriya araşdırmalarında pomidorlarda Rusiyaya girişi qadağan olan həşəratların müəyyənləşdirildiyi və qanunlara görə məhv edildiyi bildirilib.


Müəllif: Samir